UNICEF: Ukraynada müharibədə uşaqlar arasında itkilər son 4 ilin ən yüksək səviyyəsinə çatıb

UNICEF: Ukraynada müharibədə uşaqlar arasında itkilər son 4 ilin ən yüksək səviyyəsinə çatıb

Tarix: 20 Nov 2026 17:25

2026-cı ilin ilk 10 ayında Ukraynada azı 114 uşaq həlak olub, 1 030 uşaq yaralanıb. Beləliklə, ilin əvvəlindən oktyabrın sonunadək müharibə nəticəsində zərər çəkən uşaqların sayı 1 144-ə çatıb.

Bu barədə “Reuters” BMT-nin Uşaq Fondunun (UNICEF) məlumatına istinadən xəbər yayıb.

UNICEF-in məlumatına görə, 2026-cı ildə qeydə alınan zərər çəkən uşaqların sayı son üç ilin hər birindəki göstəricini ötüb və 2022-ci ildə qeydə alınan 1 386 nəfərlik göstəriciyə yaxınlaşıb.

UNICEF qeyd edib ki, 2026-cı ildə həlak olan uşaqların sayı artıq 2025-ci ilin bütün ili üzrə göstəricini 20 faizdən çox, yaralananların sayı isə təxminən 60 faiz ötüb. Ukraynada orta hesabla hər gün üçdən çox uşaq həlak olur və ya xəsarət alır.

İlqar Xudiyev Ukrayna UNICEF uşaqlar müharibə

Mənbə: apa.az

Xəbər Lenti