Binəqədidə ikimərtəbəli ev yanıb - FOTO - VİDEO

Binəqədidə ikimərtəbəli ev yanıb - FOTO - VİDEO

Tarix: 23 Nov 2026 22:11

Bakının Binəqədi rayonunda fərdi yaşayış evində yanğın baş verib.

APA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə Sulutəpə qəsəbəsinin Aran küçəsində qeydə alınıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsi 150 kvadratmetr sahədə, həmçinin dam örtüyü və pilləkən qəfəsi yanıb.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun bitişik tikililərə keçməsinin qarşısı alınıb.

Evin birinci mərtəbəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bakı Binəqədi Sulutəpə Aran küçəsi yanğın fərdi yaşayış evi FHN yanğınsöndürənlər
Binəqədidə ikimərtəbəli ev yanıb - FOTO - VİDEO
Binəqədidə ikimərtəbəli ev yanıb - FOTO - VİDEO
Binəqədidə ikimərtəbəli ev yanıb - FOTO - VİDEO
Binəqədidə ikimərtəbəli ev yanıb - FOTO - VİDEO
Binəqədidə ikimərtəbəli ev yanıb - FOTO - VİDEO

Mənbə: apa.az

Xəbər Lenti