Çərşənbə axşamı, 24 Noyabr, 2026
Tarix: 24 Nov 2026 01:44
ABŞ Dövlət katibi Marko Rubio və Qətərin Baş naziri, xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani Yaxın Şərqdə təhlükələrin qarşısının alınması və regional sabitliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.
APA xəbər verir ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, görüş noyabrın 23-də Vaşinqtonda keçirilib.
Rubio Qətərin beynəlxalq vasitəçilik səylərini yüksək qiymətləndirib və Yaxın Şərqdə təhlükəsizliyin təmin olunması üçün sıx koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər həmçinin ABŞ və Qətər arasında strateji dialoqun səkkizinci raunduna başlayıblar.
Görüşdə iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
Qeyd edək ki, Qətər ABŞ və İran arasında dolayı danışıqlarda əsas vasitəçilərdən biridir.
Marko Rubio Qətər ABŞ Məhəmməd bin Əbdürrəhman Al Tani Yaxın Şərq İran Vaşinqton təhlükəsizlik diplomatiya
Mənbə: apa.az