Qalibaf: İranın 7 şərti yerinə yetirilmədən heç bir danışıq aparılmayacaq

Qalibaf: İranın 7 şərti yerinə yetirilmədən heç bir danışıq aparılmayacaq

Tarix: 24 Nov 2026 11:32

“İran düşmənin addımlarına qəti cavab verməyə və döyüşün coğrafiyasını dəyişməyə hazırdır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bu gün parlamentdəki çıxışı zamanı regionda baş verən son hadisələrə münasibət bildirərkən deyib.

“Sözümüz əvvəldə dediyimiz kimidir. İranın 7 şərti yerinə yetirilmədən heç bir addım atılmayacaq və heç bir danışıq aparılmayacaq”, - parlamentin sədri vurğulayıb.

Qalibaf ABŞ Prezidenti və maliyyə nazirinin son bəyanatlarına da toxunaraq bildirib ki, İranın mövqeyi aydın və dəyişməzdir.

Haşim Rahimi Qalibaf İran parlamentinin sədri İran-ABŞ danışıqları Hörmüz boğazı ABŞ prezidenti ABŞ maliyyə naziri

Mənbə: apa.az

Xəbər Lenti