Çərşənbə axşamı, 24 Noyabr, 2026
Tarix: 24 Nov 2026 11:32
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən cari ilin yanvar-oktyabr aylarında icbari tibbi sığorta ilə dövlət tibb müəssisələrində pasiyentlərə 84 milyon tibbi xidmət göstərilib.
ƏƏSMN-dən APA-ya verilən məlumata görə, bu xidmətlərin 88 faizini ambulator, 12 faizini stasionar xidmətlər təşkil edib.
Bildirilib ki, dövlət tibb müəssisələrinə 10 ayda 5 milyondan çox şəxs 22 milyon müraciət edib. Onlardan 1,5 milyondan çoxu uşaqlar olub.
"Bu ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə pasiyentlərin sayı 3,2 faiz, müraciətlərin sayı 6,7 faiz, göstərilən tibbi xidmətlərin sayı 6,7 faiz artıb", - məlumatda qeyd olunub.
Günay Elşən ƏƏSMN Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tibbi xidmətMənbə: apa.az