Cümə, 16 Yanvar, 2026
Tarix: 31 Jul 2024 10:17
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumat yayıb.
Dövlət Komissiyasından APA-ya bildirilib ki, avqustun 1-də şəhid hərbçi Məmmədov Surxay Rza oğlunun qalıqları Gəncə Çəhidlər xiyabanında dəfn olunacaq.
Avqustun 2-də isə şəhid hərbçi Quliyev Camal Möhübbət oğlunun qalıqları Laçın şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılacaq.