Gürcüstanda Heydər Əliyevin abidələri ziyarət olunub

Tarix: 12 Dec 2023 13:51

Tbilisi və Rustavi şəhərlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar abidələri ziyarət olunub.

APA xəbər verir ki, Ulu Öndərin vəfatının 20-ci ildönümü ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və Səfirlik əməkdaşları iştirak edib.

Ulu Öndərin abidələri önünə gül dəstələri düzülmüş və əziz xatirəsi dərin ehtiramla yad olunub.

Xəbər Lenti