Çərşənbə, 29 Aprel, 2026
Tarix: 01 Aug 2024 21:20
Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazsində qeydə alınıb.
Hərəkətdə olan "Opel", "VAZ 2106" və "Hyundai" markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Avtomobillərə də ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.