- , 22 Dekabr, 2024
Tarix: 05.08.2024 15:52
6 avqust saat 00:00-dan 9 avqust saat 09:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (C.Xəndan küçəsindən Z. Bünyadov prospektinədək ) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
“APA-Economics” xəbər verir ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.