TuranBank-ın İdarə Heyətinə yeni sədr təyin edilib

Tarix: 05.08.2024 17:00

TuranBank-ın İdarə Heyətinə yeni sədr təyin edilib.

"APA-Economics" xəbər verir ki, İdarə Heyətinin sədr müavini Orxan Qarayev bankın İH-nin yeni sədri təyin edilib.

Bundan əlavə TuranBank-ın İdarə Heyətinə 3 yeni üzv təyin olunub. Bunlar Bəxtiyar Məmmədov, Çingiz Ağayev və Emil Mürsəlovdur.

Xatırladaq ki, TuranBank 1992-ci ildən fəaliyyət göstərir. Bank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.

Xəbər Lenti