Müştərilər yenidən BRAVO-nun qonağı oldu!

Tarix: 05.08.2024 18:00

Müştəriləri ilə silsilə görüşləri ənənə halına gətirən BRAVO bu dəfə yenidən onları baş ofisdə qəbul etdi.

BRAVO baş ofisində keçirilən görüşdə müştərilərin bütün istək və təklifləri geniş müzakirə olunaraq, onları maraqlandıran məsələlərə ətraflı cavab verilib.

Müştəri xidməti, bazar tendensiyaları, məhsul çeşidi, promo kampaniyalar kimi mövzuların müzakirə olunduğu görüş maraqlı və səmimi anlarla yadda qaldı.

Yarandığı gündən daima müştərilərinə həvəslə xidmət edib, onların sevərək alış-veriş etdiyi etibarlı brend olmağı hədəfləyən BRAVO “Qonağımız olun” layihəsi ilə ilk dəfə tam şəffaf şəkildə müştərilərinin bütün təkliflərini birbaşa onların özündən dinləmək ənənəsinin əsasını qoyub.

Görüş sonunda müştərilərə təşəkkür məktubu və BRAVO-da alış-veriş imkanı üçün hədiyyə kartları təqdim olunub.

Qeyd edək ki, BRAVO marketlər şəbəkəsi “Sonsuz sevgi və məmnuniyyət” prinsipi ilə müştərilərinə daima DOĞRU SEÇİM imkanlarını təklif etməyi hədəfləyib.

BRAVO baş ofisində “Qonağımız olun” layihəsi mütəmadi olaraq keçiriləcək. Görüşdə iştirak etmək istəyən hər kəs sosial şəbəkə hesablarından ətraflı məlumat əldə edə və ya *2266 qaynar xəttinə zəng vura bilər.

Xəbər Lenti