Epoint Fintex Lisenziyası alan ilk startap oldu

Tarix: 06.08.2024 09:00

Azərbaycanın aparıcı elektron ödəniş platforması olan Epoint, Azərbaycan Respublikasının Mərkəzi Bankından fintex lisenziyası aldığını fəxrlə elan edir. Bu, Epoint-in maliyyə texnologiyaları sektorunda yüksək təhlükəsizlik və etibarlılıq standartlarına cavab verdiyini təsdiqləyən mühüm bir addımdır.

Yarandığı gündən bəri Epoint, həm yerli, həm də beynəlxalq müştərilər üçün əməliyyatları asanlaşdıraraq elektron ticarət və ödəniş xidmətlərini fəal şəkildə inkişaf etdirir. Epoint müştərilərinə hansı imkanlar təqdim edir?

«Mərkəzi Bankın fintex lisenziyasını almaq, Epoint-in bu illər ərzində görsətdiyi keyfiyyətli və təhlükəsiz xidmətlərin bir daha sübutudur. Startap-dan böyük bir biznesə çevrilmək və Mərkəzi Bankın requlyativ tələblərinə uyğun olmaq, bizim gördüyümüz işin və missiyamızın nə qədər düzgün olmasının göstəricisidir. Biz müştərilərimizin biznes ehtiyaclarını ödəmək və onların maliyyə rifahını təmin etmək üçün innovativ həllər hazırlamağa davam edəcəyik» , - Epoint startapının təsisçisi və direktoru Zeynal Kərimzadə bildirib.

Platforma haqqında sizi maraqlandıran bütün məlumatları +99470 242 99 66 nömrəsinə zəng etməklə əldə edə bilərsiniz. Rəsmi internet saytı: https://epoint.az/

Email: [email protected]

Epoint.az sosial şəbəkələrdə:

Facebook: https://www.facebook.com/epoint.az/

İnstagram: https://www.instagram.com/epoint.az/

Linkedin: https://www.linkedin.com/company/epointaz/

Xəbər Lenti