BFB-nin dövriyyəsi 24 mlrd. manata çatıb

Tarix: 07.08.2024 17:17

Bakı Fond Birjasında (BFB) 2024-cü ilin yanvar-iyul ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 23 mlrd. 827 mln. 201.2 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4 dəfə çoxdur.

"APA-Economics" bu barədə BFB-yə istinadən xəbər verir.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 65%, dövlət qiymətli kağızların ticarət həcmində isə 8% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 266% artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 630% artım qeydə alınıb.

Əlavə edək ki, 2024-cü ilin iyul ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 6 mlrd. 265.7 milyon manat təşkil edib və ötən ilin son ticarət günü ilə müqayisədə 27.9% böyümə qeydə alınıb.

Xəbər Lenti