- , 22 Dekabr, 2024
Tarix: 09.08.2024 11:12
2024-cü ilin 6 ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 17.8 mlrd. ABŞ dolları ekvivalentində olub.
Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.
Qeyd edilib ki, nağdsız valyuta əməliyyatlarının 81%-i ABŞ dollarında, 19%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 28%-i banklararası valyuta bazarında (BVB), 72%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.
Hesabat dövründə BVB-də əməliyyatların həcmi 4.9 mlrd. ABŞ dolları (ARDNF-in və Mərkəzi Bankın əməliyyatları daxil olmaqla) ekvivalentində olub. Bu seqmentdə əməliyyatların 98%-i ABŞ dollarında aparılmışdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb. BDVB-də valyuta əməliyyatlarının həcmi 12.9 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur ki, bunun da 74%-ni ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 92%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.