- , 22 Dekabr, 2024
Tarix: 09.08.2024 18:26
Rusiyanın Kursk vilayətinin Sudja rayonunda Ukrayna qoşunları ilə Rusiya qüvvələri arasında baş verən döyüşlər həm təbii, həm də sıxılmış qazın qiymətini illik pik həddə çatdırıb.
APA-nın xəbərinə görə, bu barədə “Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov açıqlama verib. O bildirib ki, Norveçin qaz hasilatı və emalı sahələrindəki təmir işləri qiymətləri bir qədər də yüksəldə bilər.
Bir qədər əvvəl Avropada mavi yanacağın qiyməti 5 fazi artaraq, hər 1000 kubmetr üçün 454 dollar təşkil edib ki, bu da illik maksimal həddən çoxdur.
Qeyd edək ki, avqustun 9-a bağlanan fyuçerslərin nəticələrinə əsasən, birjalarda qazın qiyməti 456 dollar olub.