- , 22 Dekabr, 2024
Tarix: 12.08.2024 11:05
Samsung Electronics şirkəti yeni nəsil “AI Inverter Compressor” çeviricili kompressora malik yeni Bespoke soyuducularını təqdim etdi. Bu soyuducular “AI Energy Mode”-da işləyir. Bu modeldə kompressor, yəni, avtomobil ilə müqayisə etsək, mühərrik, süni intellekt əsasında çalışır ki, bu da ağıllı nəzarəti vasitəsilə yüksək enerji səmərəliliyi və səsin azalmasına nail olmağa imkan verir.
Adi sabit sürətli kompressorlardan fərqli olaraq, AI çeviricili kompressor ətraf mühitin hərarətinə, soyuducunun iş rejiminə və qapının açılıb bağlanması nəticəsində yaranan hərarət dəyişikliklərinə uyğunlaşaraq mühərrikin sürətini avtomatik tənzimləyir. O, soyuducuda ən kiçik hərarət dəyişikliklərinə reaksiya verir, eyni zamanda optimal soyuq hava yaradır və enerji istehlakını azaldır. Başqa sözlə, soyuducudan hər nə cür istifadə etsəniz, o, yenə də sizə uyğunlaşacaq, qənaətcil və sakit işləyəcək.
Bu kompressorun səmərəlilik üzrə faydalı iş əmsalı (FİƏ) 95%-dən çoxdur və bu da məişət texnikası sənayesində nailiyyət hesab olunur. Əvvəlki modellərlə müqayisə etsək, onun enerji səmərəliliyi adətən soyuducuların işlədiyi 950-1450 dövr/dəq olan aşağı sürətli diapazonda da 10%-dən çox artıb.
Süni intellektə malik olan çeviricili kompressor soyuducunun enerji səmərəliliyinin əsas komponenti olsa da, SmartThings proqramı ona enerji sərfiyyatını əlavə 10% də azaltmağa kömək edir.
Samsung Electronics-in Rəqəmsal Məişət Avadanlığı Bölməsinin (DA) Kompressor Tədqiqatları və İnkişafı Laboratoriyasının rəhbəri De Il Kvon belə deyir: “Yeni AI çeviricili kompressor adi model ilə müqayisədə mühərrikin ətalətini dörd dəfədən çox artırır”.
Həmçinin, yeniliklər sayəsində AI Inverter Compressor-un səs səviyyəsi adi şəraitdə 35 dB/A5-dən azdır ki, bu da gecə evdə və ya sakit oxu zalında səs-küy səviyyəsinə bərabərdir.
“Biz AI çeviricili kompressorları və əlaqəli texnologiyaları inkişaf etdirməyə davam edəcəyik ki, istehlakçılar Samsung soyuducularına etibar edə və uzun müddət istifadə edə bilsinlər, eyni zamanda enerji istehlakı daha da azalsın” – Samsung Electronics-də DA Business Kompressor və Mühərrik Qrupunun Rəhbəri Junpyo Li belə deyir.
Qeyd edək ki, bu, 1997-ci ildən bəri Samsung soyuducularının səkkizinci nəslidir. Şirkət daxili mühərrik, yırğalanma yastığı, porşen, valf və digər komponentlərin istehsalı prosesini daim təhlil edir, inkişaf etdirir və təkmilləşdirir.
Samsung öz məhsullarına o qədər güvənir ki, daxili mühərrikin təmiri və dəyişdirilməsinə 20 illik zəmanət verir.
[1] Məhsulun satıldığı tarixdən 10* və ya 20** il müddətinə əlavə öhdəlik
İnverter kompressoru üçün – İstehsalçının təqsiri üzündən nasazlıq baş verərsə, hissənin pulsuz təmin edilməsi. Təmir işləri səlahiyyətli xidmət mərkəzi tərəfindən aparılarsa, hissə pulsuz verilir.
* 10 il – 01.01.2023-dək satılan cihazlar üçün
** 20 il – 01.01.2023-dan başlayaraq satılan cihazlar üçün; RB56TS754, RB50RS334, RF48A4000, RB46TS374, RB44TS134 modelləri istisnadır