Aİ-də qaz anbarlarının ehtiyatları 87%-ə ötüb

Tarix: 12.08.2024 12:21

Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 87%-i ötüb.

Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.

Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 87,26% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 8,07 faiz bəndi çoxdur.

Qeyd olunur ki, hazırda anbarlardakı qazın ümumi həcmi 96 mlrd. kubmetrdən çoxdur.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Xəbər Lenti