Bakı və Abşeronda avtobusla sərnişindaşıma 7%-ə yaxın artıb

Tarix: 12.08.2024 13:15

2024 ilin yanvar-iyul aylarında Bakı şəhəri və Abşeron rayonunun müntəzəm marşrut xətləri üzrə avtobusla 235,058 milyon sərnişin daşınıb.

“APA-Economics Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% çoxdur.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Bakı şəhəri və Abşeron rayonunun müntəzəm marşrut xətləri üzrə avtobusla 220,732 milyon sərnişin daşınıb.

Xəbər Lenti