- Şənbə, 21 Dekabr, 2024
Tarix: 14.08.2024 01:50
Ukraynanın "Dinamo" futbol klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Şotlandiyanın "Reyncers" klubunu məğlub edib.
APA xəbər verir ki, qarşılaşma avqustun 13-də Qlazqoda baş tutub.
Görüş 2:0 hesabı ilə başa çatıb. İlk qolu 82-ci dəqiqədə Aleksandr Pixalyonok vurub, iki dəqiqə sonra isə Nazar Voloşin fərqlənib.
Xatırladaq ki, Kiyev klubunun “Reyncers”lə əvvəlki oyunu heç-heçə (1:1) ilə başa çatıb. Beləliklə, "Dinamo" turnirin təsnifat mərhələsinin həlledici mərhələsinə yüksəlib.