Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 14 Aug 2024 00:43
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçigvəsində Bolqarstanın “Ludoqorets” və Azərbaycanın “Qarabağ” komandaları arasında cavab oyunu keçirilib.
APA xəbər verir ki, oyunun 90 dəqiqəsi “Qarabağ”ın 3:2 hesablı üstünlüyü ilə sona çatıb.
Komandalar arasında ilk matç “Ludoqorets”in 1:2 hesablı qələbəsi ilə yekunlaşdığından, qarşılaşmada əlavə vaxt oynalıb.
Yekunda 2-7 hesabı qeydə alınıb. Bununla da Azərbaycanın “Qarabağ” komandası UEFA çempionlar liqasının “play-off” mərhələsinə yüksəlib.
Qollar: Qarabağ: Juninyo 7’, Yassin Benzia 45+1’(p), 118’, Andrade 45+5’, 112’, Toral Bayramov 112’, Cica 110’. Ludoqorets: Kvadvo Dua 13’, 23’(p).