Naxçıvanda hərracda satılan əmlakların sayı 2 dəfədən çox artıb

Tarix: 14.08.2024 10:05

2024-cü ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraclar yolu ilə satılan əmlakların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 70 olub.

“APA-Economics” xəbər verir ki, cari ilin 7 ayı ərzində keçirilən hərraclardan xüsusi hesaba daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə artıb.

Xəbər Lenti