- , 22 Dekabr, 2024
Tarix: 14.08.2024 13:14
2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 1248.2 kq qızıl, 1906.8 kq isə gümüş istehsal edilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.6% artıb, gümüş istehsalı isə 20.1% azalıb.
Qeyd edək ki, 2024-cü il avqust ayının 1-nə Azərbaycanda gümüş və qızıl üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 560.2 kq və 319.4 kq təşkil edib.