- , 22 Dekabr, 2024
Tarix: 15.08.2024 12:14
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid Elman Hüseyn oğlu Camalovun qalıqları ailəsinə təhvil verilib.
APA xəbər verir ki, şəhidlə bu gün vida mərasimi keçirilib. Şəhidin qalıqları bu gün Abşeron rayonu Mehdiabad qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.
Elman Camalov 1970-ci ildə Bakının Nəsimi rayonunda, Alatava qəsəbəsində anadan olub.
1991-ci ilin noyabr ayında Malıbəylidə gedən döyüşlərdə iştirak edib. 1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşüb.
Onun qalıqları 32 il sonra Daşaltı ətrafında aşkarlanan kütləvi məzarlıqda tapılıb və kimliyi müəyyən edilib.
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid Əbülfəz Əbilovun da qalıqları ailəsinə təhvil verilib.
Bu gün şəhidlə vida mərasimi keçirilib.
Şəhidin qalıqları bu gün Abşeron rayonu Mehdiabad qəsəbə Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Əbülfəz Əbülfət oğlu Əliyev 1961-ci ildə Saatlı rayonunun Şirinbəy kəndində anadan olub.
1993-cü ilin dekabr ayında hərbi xidmətə gedib. 1994-cü ildə itkin düşməsi barədə ailəsinə məlumat verilib.
Əbülfəz Əbilovun qalıqları 30 ildən sonra Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində yerləşən kütləvi məzarlıqdan tapılıb, kimliyi müəyyən edilib.