- , 22 Dekabr, 2024
Tarix: 15.08.2024 13:11
2024-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 2 milyard 56 milyon 358 min manat vəsait sərf edilib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.8% və ya 381 milyon 790 min manat çoxdur. Belə ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 1 milyard 674 milyon 568 min manat vəsait yönəldilib.
Xatırladaq ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər ( 438.5 mln. manat), Ağdam ( 308.5 mln. manat) və Laçın ( 242.4 mln. manat) rayonlarına ayrılıb.
Qeyd edək ki, bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə Xocalıda 649 dəfə, Qubadlı 2.6 dəfə, Ağdamda 2.3 dəfə, Şuşada isə 52% artırılıb.
Azad edilmiş rayonlar 2023-cü ilin I yarısı Min manat 2024-cü ilin I yarısı Min manat Kəlbəcər 344 611,7 438 462,2 Ağdam 134 678,8 308 519,5 Laçın 328 972,3 242 400,4 Şuşa 154 999,2 240 303,7 Füzuli 314 737,7 226 459,3 Zəngilan 155 769,7 202 507,7 Qubadlı 67 651,6 173 711,6 Cəbrayıl 138 505,2 165 735,3 Xocavənd 34 603,7 26 590,8 Xocalı 38,1 24 737,9 Xankəndi 6 930