Bakıya içməli suyun verilməsi sabah tam bərpa ediləcək - YENİLƏNİB

Tarix: 15.08.2024 13:28

Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işləri avqustun 15-i səhər saat 06:00-da tamamlanıb. Hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, avqustun 16-sı günorta saatlarında Bakı şəhəri üzrə içməli suyun təchizatı tam bərpa ediləcək.

Su təminatı rejimində dəyişiklik olan ərazilərdə suyun verilməsi normal rejimə qaytarılacaq. Hazırda Oğuz-Qəbələ-Bakı su xəttində tamamlanma işləri davam etdirilir.

Xatırladaq ki, avqustun 12-i gecə saatlarından başlayaraq Oğuz-Qəbələ-Bakı su kəmərində əsaslı təmir-bərpa işləri aparılır. Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarında suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması istiqamətində işlər görülüb.

***

11.25

Oğuz-Qəbələ su xəttində aparılan təmir-bərpa işləri səhət saat 6-da tamamlanıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb.

Ətraflı məlumat bir neçə dəqiqə ərzində yayımlanacaq.

Qeyd edək ki, təmir işləri ilə əlaqədar Bakı şəhərinin bir neçə ərazisində su verilişində bir neçə gündür məhdudiyyət yaranıb.

Xəbər Lenti