- , 22 Dekabr, 2024
Tarix: 16.08.2024 10:07
Əmək müqavilələrinin sayı 33 min artaraq 1 milyon 841 min 479-a çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, bu ilin yanvar-iyul ayları ərzində ölkəmizdə əmək müqavilələrinin sayı 33 min və ya 1,8 faiz artaraq 1 mln. 841 min 479-a çatıb.
Əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir.
Cari ilin 7 ayında əməkhaqqı fondunda daha 5,1 faiz artım qeydə alınıb.