- , 22 Dekabr, 2024
Tarix: 16.08.2024 13:00
Cari ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 3 600 300,61 min ABŞ dolları dəyərində 5 671 605,25 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 1 123 251,15 min dollar dəyərində 1 830 177,7 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Çexiya tutur. Cari ilin yanvar-iyul aylarında bu ölkəyə 597 150,36 min dollar 941 737,86 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.
Siyahıdan göründüyü kimi, hesabat dövründə 22 ölkəyə 9 225 936,2 min dollarlıq 14 696 092,26 ton neft ixrac edilib.
Azərbaycanın cari ilin yanvar-iyul aylarında neft ixrac etdiyi ölkələrin siyahısını (statistik dəyəri və həcminə görə) təqdim edirik:
Ölkələr
Statistik
dəyər ($, min)
Miqdar (ton)
Cəmi
9 225 936.20
14 696 092.26
1.
İtaliya
3 600 300.61
5 671 605.25
2.
İsrail
1 123 251.15
1 830 177.70
3.
Çexiya
597 150.36
941 737.86
4.
Hindistan
568 773.53
894 129.59
5.
Xorvatiya
547 257.38
866 671.81
6.
Portuqaliya
404 303.28
640 089.12
7.
Böyük Britaniya
390 895.78
650 115.40
8.
Almaniya
348 302.49
530 165.50
9.
Rumıniya
269 181.65
433 832.59
10.
Tailand
234 238.66
376 876.12
11.
Tunis
163 897.06
256 640.09
12.
Türkiyə
147 739.53
265 401.01
13.
Yunanıstan
144 806.06
228 237.47
14.
İndoneziya
129 949.11
211 197.58
15.
Niderland
106 838.99
168 985.69
16.
Serbiya
98 354.90
158 383.41
17.
İspaniya
96 479.12
166 327.26
18.
Uruqvay
85 099.83
138 719.62
19.
Polşa
57 363.56
90 150.50
20.
Fransa
57 085.07
89 712.83
21.
İrlandiya
54 233.98
86 042.67
22.
Özbəkistan
434.09
893.20