Ermənistanda Rusiya sülhməramlılarının silahla dolu “Kamaz”ı yanıb

Tarix: 15 Dec 2023 13:15

Ermənistanda İrəvan-Mehri avtomobil yolunda Rusiya sülhməramlılarına məxsus “Kamaz” yanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Shamshyan” portalı yayıb. 

Yük avtomobilinin silah-sursatla dolu olduğu bildirilir. Yolda hərəkət məhdudlaşdırılıb. 

Yanğının səbəbi açıqlanmayıb. Hadisə İrəvan-Mehri yolunun Sisian-Spandaryan hissəsində qeydə alınıb.

Xəbər Lenti