- , 22 Dekabr, 2024
Tarix: 19.08.2024 00:16
Kolumbiya prezidenti Qustavo Petro İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlara görə İsrailə kömür tədarükünün dayandırıldığını nəzərdə tutan fərman imzalayıb.
APA xəbər verir ki, müvafiq sənəd Cənubi Amerika respublikası hökumətinin saytında dərc olunub.
“İsrailə kömür ixracı qadağandır”, - fərmanda deyilir. Qadağa sənədinin dərc edildiyi gündən beş gün sonra qüvvəyə minəcəyi bildirilir.
Qeyd edək ki, iyun ayında Petro Kolumbiyanın Qəzza zolağındakı hərbi əməliyyatlar dayanana qədər İsrailə kömür ixracını dayandıracağını açıqlamışdı.