Cümə, 27 Mart, 2026
Tarix: 16 Dec 2023 16:56
"Prezident seçkilərində namizədlərin qeydə alınması üçün artıq prosesə başlayacağıq”.
APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, namizəd kimi iştirak etmək hüququ olanlara müvafiq imza vərəqləri veriləcək:
“Ən geci 7 gün müddətində biz sənədlərə baxıb qeydiyyatla bağlı qərarlarımızı verməliyik. Bu proseslər qanunun tələblərinə uyğun olaraq həyata keçməlidir".