Dmitri Kuleba Aİ ölkələrinə çağırış edib

Tarix: 29.08.2024 11:28

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Aİ ölkələrinə çağırış edib.

APA xəbər verir ki, Aİ ölkələrinin XİN rəhbərlərinin qeyri-rəsmi iclasına dəvət olunmuş Ukrayna xarici işlər naziri Dmitri Kuleba iclasdan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Nazir deyib ki, Ukraynaya vəd olunan silahların gecikdirilməsi ilə bağlı hər zaman izahlar verilir. “Hər zaman bu məsələ - gecikmə ilə bağlı izah var. Ancaq problem odur ki, biz dağıntılar və itkilərlə bu gecikmələrin bədəlini ödəyirik. Mən fürsətdən istifadə edərək diplomatik şəkildə tərəfdaşlara çağırış etmək istərdim və ümid edirəm ki, həmkarlarım məni başa düşəcək. Bir ay əvvəl Ukraynaya “Patriot” sistemlərini çatdıracağını vəd edən ölkələrə çağırış edirəm. Nəhayət ki, bu sistemləri bizə çatdırın, bu silahlar anbarlardadır və hazırdır. Bu prosesdə çatışmayan şey yekun məqsəddir. Bu gecikmənin səbəblərinin nə olmasından asılı olmayaraq artıq onların çatdırılmasının vaxtıdır. Artıq payız gəlir və biz bazar ertəsi Rusiyanın irimiqyaslı hava hücumlarını gördük və artıq anlayırıq ki, Rusiya bundan sonra da necə davam edəcək. Mən bir daha dostyana çağırış edir və rica edirəm ki, bu ölkələr öz vədlərini reallaşdırsınlar”.

Xəbər Lenti