Şənbə, 28 Mart, 2026
Tarix: 17 Nov 2023 03:31
“Eurofighter” təyyarəsi çox güclü təyyarədir. Biz də 40 ədəd almağı planlaşdırırıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər TBMN-də nazirliyin 2024-cü il büdcəsinin müzakirəsi zamanı millət vəkillərinin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu təyyarələr İngiltərə, Almaniya və İspaniyaya məxsusdur və alınması üçün də hər üç dövlətin razılığı lazımdır:
“İngiltərə və İspaniya bu prosesi təsdiqləyirlər. Onlar sadəcə Almaniyanın da bu prosesi təsdiqləməsi üçün onu razı salmağa çalışırlar”.