Nazir: Naxçıvanda maliyyə və mühasibatlıq sahəsində innovativ yanaşmalar prioritetdir

Tarix: 19.09.2024 11:51

Naxçıvanda gələcək üçün maliyyə və mühasibatlıq sahəsində innovativ yanaşmalar prioritetdir.

“APA-Economics” xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov Mühasiblərin və Auditorların VIII Avrasiya Forumunda çıxışı zamanı bildirib.

“Xüsusilə mühasibatldıqda elektron sistemlərin tətbiqi maliyyə hesabatlarının daha çevik və şəffaf olmasına şərait yaradır. Bu korrupsiya və sui-istifadə hallarının qarşısını alır və resursların optimal istifadəsinə şərait yaradır”- nazir əlavə edib.

Xəbər Lenti