Azərbaycanda ictimai iaşə dövriyyəsi 10% artıb

Tarix: 16.10.2024 11:59

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 1668,3 milyon manat olub.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10% çoxdur.

Hesabat dövründə özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2%-i hüquqi şəxslərin, 48,8%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə illik müqayisədə 11,6% artaraq 846,5 milyon manat təşkil edib.

Xəbər Lenti