Əlilliyi olan 91 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Əlilliyi olan 91 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Tarix: 18 Oct 2024 11:58

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin 9 ayında əlilliyi olan 91,6 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, onlardan 48,3 mininə ambulator, 22,6 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji, ippoterapiya istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.

Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotic, sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, rəqs terapiyası və s.) də tətbiq edilir.

Həmçinin stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.

Əlilliyi olan 91 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Mənbə: apa.az

Xəbər Lenti