Rusiya XİN resursları DDoS hücumuna məruz qalıb

Rusiya XİN resursları DDoS hücumuna məruz qalıb

Tarix: 23 Oct 2024 11:44

Rusiya Xarici İşlər Nazirliyinin resursları irimiqyaslı DDoS hücumuna məruz qalıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, hazırda mütəxəssislər resursların işini bərpa edirlər.

Qeyd edək ki, Rusiya XİN-nin saytına giriş məhdudlaşdırılıb.

Mənbə: apa.az

Xəbər Lenti