Türkiyə ərazisindən BTC vasitəsilə neftin nəqli 4%-dək azalıb

Tarix: 25.10.2024 11:58

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 164 926 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 3,93% azdır.

Bu barədə "APA-Economics" Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ilin müvafiq dövründə BTC vasitəsilə Türkiyə ərazisi ilə 171 677 min barel neft nəql edilib.

Qeyd edək ki, ötən il Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 228 811 min barel neft nəql edilib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1,5% çoxdur.

Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

Xəbər Lenti