Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşıb

Tarix: 02.11.2024 11:19

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,95 ABŞ dolları və ya 1,28% artaraq 74,80 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin öncəki qiyməti 73,85 dollar təşkil edib.

Xəbər Lenti