Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 14 Dec 2024 11:53
Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Oktyabr küçəsində naməlum avtomobil tərəfindən qaz xətti yararsız hala düşüb.
"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, hadisə nəticəsində bu gün saat 02:11-dan etibarən qaz təchizatı dayandırılıb.
"Qaz təchizatı dayandırılan müddətdə 400 istehlakçının qaz təchizatında fasilə yaranıb. Hazırda təmir-bərpa işləri aparılır", - məlumatda qeyd olunur.