- Şənbə, 21 Dekabr, 2024
Tarix: 16.12.2024 11:48
Həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin dövlət sektoruna münasibətdə tətbiqinin 1 yanvar 2025-ci il tarixində ləğvi təklif olunur.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Bununla, dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artacağı proqnozlaşdırılır.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.