- Şənbə, 21 Dekabr, 2024
Tarix: 17.12.2024 11:59
2025-ci ilin fevralında Məkkə şəhərində 57 islam ölkəsinin iştirakı ilə “Halal biznes forumu” və aprel ayında Bakıda “Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu” keçiriləcək.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bu gün keçirilən “Gömrük-Biznes Forumu 2024: Dialoq” tədbirində deyib.
O bildirib ki, bu tədbirlərdə "Azərbaycan” brendi tanıdılır, ölkəmizin biznes mühitinin yaxşılaşdırılmasına təkan verməklə bərabər sahibkarlığın inkişafına yeni imkanlar yaradılır.