- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 23.12.2024 11:44
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi üzrə birləşdirmə prosesi uğurla başa çatıb”. APA xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, il ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi üzrə birləşdirmə prosesi uğurla aparılaraq yekunlaşdırılıb: “Yeni yaradılan Respublika Pediatriya Mərkəzi, Ağciyər Xəstəlikləri Mərkəzi, “Rəqəmsal Tibbi Həllər” MMC və İnnovasiya və Təchizat Mərkəzinin ştat və strukturu formalaşdırılıb. Təhvil alınan Dəmir Yol Xəstəxanasının işçilərinin tabeli tibb müəssisələrində işlə təmin edilmə prosesi müvəffəqiyyətlə yekunlaşdırılıb. 21 müəssisənin ümumi ştat və strukturu dəyişilib”.