- Çərşənbə, 25 Dekabr, 2024
Tarix: 24.12.2024 11:41
Avropa İttifaqı ölkələrində qaz anbarlarının dolumluluq səviyyəsi 76%-ə yaxındır.
Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.
Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 75,65% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 2,98 faiz bəndi azdır.
Bildirilir ki, hazırda anbarlardakı qazın ümumi həcmi 84 mlrd. kubmetrə yaxındır.
Qeyd edək ki, Avropada istilik mövsümü bu ilin oktyabrın 29-da başlayıb (ötən payız-qış mövsümündən 10 gün tez) və həmin andan etibarən Aİ ölkələri anbarlardan 23,5 mlrd. kubmetrdən artıq qaz çıxarıb.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.