- Şənbə, 28 Dekabr, 2024
Tarix: 27.12.2024 11:56
"30 ildə dəfələrlə ehtiyacımız olsa da, bu maşını satmadım. İnanırdım ki, bir gün doğma yurda qayıdacağıq. Şükürlər olsun, o gün gəldi. Biz indi doğma yurda qayıdırıq, özü də Xocalıdan çıxdığımız maşınla".
Bunu bu gün Xocalı rayonunun Ballıca kəndinə köçən Vidadi Əliyev APA-ya açıqlamasında deyib.
24 yaşında Xocalıdan köçkün düşmüş V. Əliyev bu gün ailəsi ilə birgə yurdlarına qayıtdıqlarını bildirib: "Ailə üzvlərimizdən itirdiklərimiz də var. Köçkünlük illərini Gəncədə yaşadıq. Bu günə şükür edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah dövlətimizin başçısını qorusun".
Qeyd edək ki, bu gün növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə yola düşüb.