Azərbaycan bankları ötən il 600 mln. manatdan çox dividend ödəyib

Tarix: 06.01.2025 11:51

Azərbaycan bankları 2023-cü ildə 456 mln. manat, 2024-cü ildə isə 610 mln. manat dividend ödənişi həyata keçirib.

"APA-Economics"bu barədə Aəzrbaycan Mərkəzi Bankına istinadən xəbər verir. AMB qeyd edib ki, bank sektorunun yüksək mənfəətliyi və kapitallaşma səviyyəsi də kontr-tsiklik buferin tətbiqini dəstəkləyən amillər kimi çıxış edib. Cari ilin 11 ayında banklar 966 mln. manat xalis mənfəət əldə edib, sektorun kapital rentabelliyi (ROE) göstəricisi isə 18.4% təşkil edib. Dövr ərzində sektorun məcmu kapitalının həcmi 6 mlrd. manatı ötüb, məcmu kapital adekvatlılığı isə 17.5% olub.