Sezai Uçarmak: Şərqdən qərbə daşınan yüklərin 4%-i türkdilli dövlətlərin ərazisindən keçir

Tarix: 16.01.2025 11:56

Məhsulların əsas hissəsi dünyanın şərqində istehsal edilir, qərbində isə istehlak edilir. Bu sistem hələ dəyişməyib.

“APA-Economics” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında Türkiyə ticarət müavini və Gömrük Administrsiyasının rəhbəri Sezai Uçarmak deyib.

O bildirib ki, şərqdə istehsal edilib qərbə daşınan malların 4%-i türkdilli dövlətlərin ərazisindən keçir. 96%-isə dəniz və hava yolları ilə gedir. Bu da türkdilli dövlətlərin potensialının yüksək olduğunu göstərir.

Xəbər Lenti