Şənbə, 18 Oktyabr, 2025
Tarix: 01.02.2025 11:42
İsrail ilə HAMAS arasında girovların mübadiləsi çərçivəsində dəyişdirilən yəhudi əsilli iki nəfər – Yarden Bibas və Ofer Kalderon artıq Xan-Yunis şəhərinə gətirilib.
APA xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Biri eyni zamanda ABŞ vətəndaşlığını daşıyan girovların (Beynəlxalq Qızıl Xaç Komitəsi) BQXK-nın avtomobilləri ilə gətirildiyi bildirilib.
Yəhudi əsilli Kit Siqalın isə bir qədər sonra qurumun nümayəndələrinə təhvil veriləcəyi açıqlanıb.