Lənkəranda Xəzər dənizi sahilində itkin düşən balıqçının meyiti aşkarlanıb - FOTO

Tarix: 02.02.2025 11:29

Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində meyit aşkarlanıb.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, tapılan meyitin bir müddət əvvəl itkin düşən balıqçılardan biri Nazim Abbasova aid olduğu qeyd olunur.

Məlumata görə, meyit bu gün saat 11 radələrində Astara rayonunun Şahağac kəndi ərazisində balıqçılar tərəfindən aşkarlanıb.

Xəbər Lenti