Azad edilmiş ərazilərdə ötən ay 900-dən çox mina, 4525 partlayıcı sursat aşkarlanıb

Azad edilmiş ərazilərdə ötən ay 900-dən çox mina, 4525 partlayıcı sursat aşkarlanıb

Tarix: 01 Oct 2026 17:02

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə sentyabr üzrə aylıq məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən ay 757 piyada əleyhinə mina, 151 tank əleyhinə mina, 4525 digər partlayıcı sursat aşkarlanıb.

Bildirilib ki, 6667 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

ANAMA mina

Mənbə: apa.az

Xəbər Lenti