Cümə, 16 Yanvar, 2026
Tarix: 03 Feb 2025 11:50
Naxçıvanda 43 yaşlı kişi dispanserdə intihar edib APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə dünən gecə saatlarında Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində baş verib. 2009-cu ildən bu xəstəxanada qeydiyyatda olan Naxçıvan şəhər sakini, 1982-ci il təvəllüdlü Həsənov Bəxtiyar Eldar oğlu özünü asaraq intihar edib. O, yanvarın 31-də öz ərizəsi əsasında dispanserə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.